Rusiyanın daxili bazarı benzin və dizel yanacağı ilə tam təmin olunub.
Moderator.az xəbər verir ki, bunu Maliyyə Konqresində çıxış edən Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
O vurğulayıb ki, Rusiyanın şaquli inteqrasiya olunmuş neft şirkətləri yanacaqdoldurma məntəqələrində yanacaq qiymətlərini inflyasiya diapazonunda saxlayır:
“Müstəqil şirkətlərin yanacaqdoldurma məntəqələrində yanacaq qiymətlərində müəyyən fərq var, lakin bu vəziyyət bərabərləşməlidir”.