Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs hərbi qulluqçu olub.
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, iyul ayının 1-də Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Zabil oğlu Nəzərovun olduğu avtomobil sürüşərək çay yatağına düşüb:
"Məlumat daxil olduqdan dərhal sonra Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində hərbi qulluqçunun nəşi aşkar edilib".
19:49
Samuxda yük avtomobili çaya aşıb, ölən var.
Moderator.az-ın məlumatına görə, hadisə rayonun Burunqovaq kəndinə yaxın ərazidə qeydə alınıb.
Belə ki, "MAZ" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və maşın yoldan çıxaraq çaya düşüb. Nəticədə yük maşınının içərisində olan üç nəfərdən biri çayda boğularaq ölüb, digərləri isə sudan çıxa biliblər.
Əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib, ölən şəxsin axtarışları aparılır.
Faktla bağlı araşdırma aparılır.