Hörmüz boğazı vasitəsilə daşınan gündəlik neft həcmi 10 milyon barreli ötüb.


Bu barədə "Bloomberg" agentliyi ABŞ administrasiyasındakı adı açıqlanmayan rəsmiyə istinadən məlumat yayıb.








Mənbənin sözlərinə görə, əlavə olaraq gündə 5 milyon barrel neft alternativ marşrutlarla nəql olunur.


Agentlik qeyd edir ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına qədər Hörmüz boğazından gündə təxminən 20 milyon barrel neft daşınırdı.