“Xanəndə mütləq yeni qəzəllər öyrənməlidir. İndi öyrənən də var, öyrənməyən də. Öyrənən öyrənir, öyrənməyən də təbii ki, köhnə qəzəlləri deyir. Bu artıq xanəndələrin savadına və muğam sənətinə yanaşmasına qalıb”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib. O daha sonra əlavə edib:
Xalq artisti deyir ki, bu gün də ustad qəzəlxanların dərslərində iştirak edir:
“Bu yaşımda da Hacı Aqil Məlikovun dərsində oturub, qəzəllərin açıqlamasını, oxunuş tərzini öyrənirəm. Qəzəli oxuyanda sənə bir başqa cür təsir edir, amma mənasına gəlincə isə tamam fərqli olur. Orada çoxlu sətiraltı, fəlsəfi sözlər var. Bugünki gündə də mən yeni-yeni qəzəllər öyrənirəm. Bu bizim sənətimizdir. Böyük, ustad sənətkarlardan bizə qalan bu sənəti miras olaraq özümüzdən sonra gələnlərə ötürməliyik” deyə xanəndə bildirib.