2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.


Moderator.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında ABŞ ilə Bosniya və Herseqovina milliləri üz-üzə gəliblər 






Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb. 


Oyunda hesabı ABŞ millisi açıb. İlk hissənin son dəqiqəsində Folarin Baloqun komandasını önə keçirib. 


Baloqun ikinci hissədə mənfi mənada fərqlənib. 64-cü dəqiqədə qırmızı vərəqə alan futbolçu komandasımı 1 nəfər azlıqda qoyub.


Buna baxmayaraq amerikalılar daha bir qol vurmağı bacarıblar. 82-ci dəqiqədə Tilman cəribə zərbəsindən baxımlı qola imza atıb. Görüş bu hesabla başa çatıb: 2:0. 


Bu nəticədən sonra ABŞ millisi növbəti mərhələyə vəsiqə qazanıb.


Qeyd edək ki, ABŞ 1/8 finalda Belçika ilə qarşılaşacaq.


DÇ-2026

1/16 final

2 iyul


04:00. ABŞ – Bosniya və Herseqovina 2:0


Qol: F. Baloqun, 45, Tilman, 82


Qırmızı vərəqə: F. Baloqun, 64


ABŞ: Friz, Frimen, Riçards, Rim, Robinson, Tillman, Adams, Dest, Makkenni, Pulişiç, Baloqun


Bosniya  Herseqovina: Vasili, Muharemoviç, Radeljiç, Katiç, Kolaşinaç, Şuniç, Qiqoviç, Dediç, Alaybegoviç, Demiroviç, Dzeko