Xəbər verdiyimiz kimi Bakı Uşaq və Gənclər Teatrının 25 illik yubileyidir. 25 ildir ki, bu sənət ocağı tamaşaçılarına müxtəlif mövzulara aid tamaşalar nümayiş etdirir, festivallarda çıxış edir və böyük layihələrə imza atır. Teatrın ölkə daxilindəki və xaricindəki festivallarda uğurlu iştirakı, bir çox layihələrə ev sahibliyi etməsi sənət ocağının nüfuzunu ildən-ilə daha da artırır. Əməkdar artisti İntiqam Soltanın rəhbərlik etdiyi sənət ocağının əməkdaşlarının ən böyük istəyi, hədəfi uşaqlar və gənclərin bədii-estetik zövqünün formalaşmasını təmin etmək, onlara maarifləndirici və tərbiyəvi mövzuda tamaşalar nümayiş etdirməkdir.
Teatrın rejissoru İlhamə Əhmədova Moderator.az-a açıqlamasında bildirib ki, uşaqlar üçün tamaşa hazırlayan rejissor mütləq şəkildə onların psixologiyasını bilməlidir:
Teatrın ədəbi hissə müdiri və mətbuat xidmətinin rəhbəri Leyla Həşimova saytımıza açıqlamasında bildirib ki, nə az, nə çox 15 ildir ki, bu sənət ocağında çalışır:
“Bakı Dövlət Sirkində işləyirdim. 14 il orada çalışdım. İndiyə qədər yadımdadır ki, Aztv-də “Sehrli güzgü” verilişinin çəkilişində idim. İntiqam müəllim zəng edib dedi ki, “Tofiq, belə bir teatr yaratmışam, gəlib işləyərsən?”. Bircə kəlmə dedim ki, baş üstə. Özümə müəyyən kariyera qurmuşdum, onları atıb bura gəldim. Heç peşman da deyiləm. Yaxşı ki, bu teatrdayam. Yaranan günündən işləyirəm. Müxtəlif tamaşalarımız olub. Məni çoxu illüzionist kimi tanıyır, amma aktyor kimi tamaşalarda da çıxış edirəm. 25 il bir teatrda işləmək sadə bir şey deyil. Sən gərək o teatrı sevəsən ki, orada 25 il işləyəsən. 25 il bir nəsil yetişdirmək deməkdir. Teatr bir təbliğatdır, bir güzgüdür. Bizim tamaşaçılarımız adətən uşaqlar üçün olur. Uşaqların yanında böyüklər də olur. Deməli biz həm uşaqlara xidmət edirik, həm də böyüklərə. Uşaq tamaşalarına böyüklər də baxır” deyə o bildirib.
Teatrın aktrisası Gülər Ləzgiyeva bildirir ki, ömür-gün yoldaşı ilə də bu teatrda tanış olub:
Aktyor-rejissor Rauf Hüseynov deyir ki, teatr aləmi ilə tanışlığı bu ocaqda olub:
“Mən hazırda teatrda aktyor ştatındayam. Əvvəllər səhnə maşinisti, işıqçı işləmişəm, musiqiyə də nəzarət etmişəm. İndi həm də rejissor kimi işləyirəm. 4 tamaşa qurmuşam. Hər birində də rol almışam. Elə vaxt olub ki, dublyorum olmayıb, məcbur qalıb özüm çıxıb oynamışam. 15 yaşımda teatra gəlmişəm, artıq 20 il oldu. Mən bu teatrda gözümü açmışam. Səhnənin tozunu burada udmuşam. İlk aktyorluq sevgisini burada görmüşəm deyə, ona görə heç bir teatrı seçməmişəm” bildirib.
Teatrın aktyoru Mehman Piriyev deyir ki, teatra olan sevgisi televiziyaya olan sevgisini üstələyib:
Peşman deyiləm, zövq alaraq çalışıram. Bir müddət televiziyaya dəvət aldım, bir neçə kanalda aparıcı olaraq işlədim. O müddətdə bir az fasilə verdim. 2018-ci ildə teatra qayıtdım. Fəaliyyətimi yenidən burada davam etdirdim. Televiziyanı yenidən teatra dəyişdim. Məncə yanılmadım, düz etdim. Son illər teatrımız ən inkişaf etmiş illərini yaşayır. Beynəlxalq festivallarda, daxili festivallarda, müsabiqələrdəki iştirakı ilə bunu deməyə əsas verir. Özümü rejissor kimi sınadım. Rauf Hüseynov ilə bir neçə tamaşa hazırladıq. Teatr haqda çox danışa bilərəm, amma əsas bir məqamı vurğulaya bilərəm ki, biz bura teatr kimi baxa bilmədik, öz evimiz kimi baxdıq. Biz məşqə gəlirik, sonra ayrılmaq istəmirik. Tam səmimi deyirəm, bizi tanıyanlar da bunu bilir. Sənətə, teatra olan sevgi bir yana, amma kollektiv arasında olan birlik məni daha çox saxladı bu teatrda. Nə qədər ki, bu teatrdayıq, ən yaxşı, ən gözəl tamaşaları uşaqlar və gənclər üçün hazırlayacağıq” deyə o bildirib.
Qeyd edək ki, bu günə qədər teatrda 100-dən çox yüksək bədii keyfiyyətə malik tamaşa hazırlanıb. Teatr Cənubi Qafqazda yeganə peşəkar uşaq teatrıdır. Fəaliyyət göstərdiyi müddətdə özünə çox böyük sayda tamaşaçı auditoriyası toplayan teatr bir sıra dövlət tədbirlərində və beynəlxalq teatr festivallarında uğurlu çıxış edərək diplom və mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə yanaşı, Gənclər və İdman, Ədliyyə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri də teatrla birgə layihələr həyata keçirir. Teatr bir sıra beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Bunlardan Beynəlxalq Qızıl Xaç Komitəsini, Avropa Şurasının Azərbaycan Ofisini, BMT-nin Narkomaniyaya qarşı mübarizə İdarəsinin Bakı ofisini göstərmək olar.