“Fərhadın heykəli” artıq hazırdır. Sadəcə bir-iki xırda işləri var. Heykəl qaldıqca üzərində bir il də işləmək olur. Mən tərəfdən hər şey hazırdır. Komissiya olacaq və gəlib baxacaqlar. Ola bilər ki, komissiya hansısa tövsiyyələrini versin. Bilirsiniz ki, bu heykəlin müəllifi vaxtilə Tokay Məmmədov olub. Ona görə də məsuliyyətli işdir. Gərək yaxşı və səviyyəli bir iş ortaya qoyaq. Tokay Məmmədov indi yaşasaydı bəlkə də heykəlin eskizini bir başqa cür işləyərdi”


Bunu Moderator.az-a açıqlamasında Xalq rəssamı, heykəltaraş Hüseyn Haqverdiyev deyib. 









“Mən dəqiq deyə bilmərəm ki, heykəl Ağdamda nə vaxt ucaldılacaq?! Mən heykəltaraşam, işim heykəli hazırlamaqdır. Nə vaxt qoyulacaqsa bunu siz aidiyyatı qurumlardan soruşa bilərsiz” deyə Xalq rəssamı bildirib.