Rusiyanın Ukraynaya kütləvi hücumu nəticəsində Kiyevə ciddi ziyan dəyib, itkilər, onlarla insan yaralanıb və ölənlərin sayı artmaqdadır.
 




Moderator.az xəbər verir ki, "UNİAN"-ın Bakı vaxtı ilə səhər saat 8:00-a yaydığı məlumata görə, artıq həkaj olan dinc insanların sayı 10-a çatıb.
 
Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko səhər saat 7:00 üçün verdiyi məlumata görə, üç nəfər ölmüş, təxminən 25 nəfər yaralanmışdı. Kiyev meri Vitali Kliçko daha sonra beş nəfərin öldüyünü və 34 nəfərin yaralandığını bildirib. Bu arada, Tkaçenko artıq səkkiz ölüm hadisəsi barədə məlumat verib.
 
"Rusiya hücumu nəticəsində ölənlərin sayı artıq səkkizə çatıb. Düşmən yenidən qəsdən yaşayış məntəqələrini hədəfə alır və mülki şəxsləri öldürür. Biz ciddi ziyana uğrayırıq və uşaqlar da daxil olmaqla xeyli sayda itki veririk", - deyə o bildirib.
 
Onun sözlərinə görə, atəş nəticəsində şəhər üzrə 28 məkana ziyan dəyib. Bunlar əsasən yaşayış binaları və mülki infrastrukturdur.
 
Dövlət Fövqəladə Hallar Xidməti Rusiyanın paytaxta kütləvi hücumunun nəticələrini - yanğınları, dağıdılmış evləri və yanmış avtomobilləri - göstərib və zərərin təfərrüatlarını təqdim edib.
 
Darnitski rayonunda bir neçə yaşayış binası qismən dağılıb - beşmərtəbəli binalar, doqquzmərtəbəli binalar, 16 mərtəbəli binanın yuxarı mərtəbələri və fərdi evlər.
 
Şevçenkivski rayonunda yeddimərtəbəli yaşayış binasının və otelin damında yanğın baş verib. Başqa yerdə beşmərtəbəli bina da dağılıb, 300 kvadratmetr sahəni əhatə edən başqa bir beşmərtəbəli yaşayış binasında, eləcə də üçmərtəbəli qeyri-yaşayış binasında yanğın baş verib.
 
Qolosevski rayonunda 16 mərtəbəli binanın texniki mərtəbəsində yanğın baş verib.
 
Peçerski rayonunda doqquzmərtəbəli yaşayış binasının dağılması, birinci və ikinci mərtəbələrdə 200 kvadratmetr sahəni əhatə edən yanğın baş verməsi barədə məlumat verilib.
 
Obolonski rayonundakı anbarda yanğın baş verib.
 
Svyatoşinski rayonunda iki fərdi yaşayış binasına, Desnyanski rayonunda isə doqquzmərtəbəli yaşayış binasına ziyan dəyib.
 
S.Laçın