Rusiya ordusu cüzi ərazi irəliləyişi əldə etsə də, bunun müqabilində ağır canlı qüvvə və texnika itkiləri verir
 




2026-cı ilin iyununda Rusiya qüvvələri Ukraynada cəmi 30,4 kvadrat kilometr ərazini ələ keçirib və ya ora daxil olub. Bu, gündə orta hesabla 1 kvadrat kilometr irəliləyiş deməkdir. 
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) yazıb.
 
Analitiklət Müqayisə apararaq qeyd edir ki, 2025-ci ilin iyununda Rusiya ordusu 481 kvadrat kilometr ərazi tutmuşdu. Beləliklə, hücumun tempi bir il ərzində təxminən 16 dəfə azalıb.
 
ISW qeyd edir ki, Rusiyanın əsas irəliləyişi hələ də Donetsk vilayətinin Konstantinovka istiqamətində cəmləşsə də, burada yalnız yavaş taktiki uğurlar əldə olunur və bunun qiyməti böyük itkilərdir.
 
Analitiklərin hesablamasına görə, 2026-cı ilin ilk altı ayında Rusiya ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3,5 dəfə az ərazi ələ keçirib. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, iyun ayında Rusiya ordusu 39 490 ölü və yaralı verib.
 
ISW hesab edir ki, bu, hər ələ keçirilən 1 kvadrat kilometrə orta hesabla 1298 itki deməkdir ki, bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 19 dəfədən çox artıb.
İnstitutun qənaətinə görə, bu rəqəmlər Ukrayna qüvvələrinin həm Rusiya hücumlarını daha effektiv ləngitdiyini, həm də düşmənə ciddi itkilər verdiyini göstərir.