Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb.


Moderator.az xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.






1997-ci il təvəllüdlü Aleksandr Konalinko bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.


Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı araşdırma aparılır.


(qafqazinfo)