Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələr Rusiyada yanacaq böhranını dərinləşdirir və iqtisadi təzyiqi artırır.
Ukraynanın son həftələrdə Rusiyanın əsas enerji obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr ölkədə yanacaq çatışmazlığını kəskinləşdirib.
Moderator.az xəbər verir ki, bu barədə "politico.com" nəşri yazıb.
Bildirilir ki, Rusiyanın regionlarının təxminən üçdə ikisində yanacaq təchizatı ilə bağlı problemlər yaşanır, bəzi ərazilərdə isə fövqəladə vəziyyət elan edilib. Məqalədə qeyd olunur ki, Ukrayna əsasən Rusiyanın öz gücü ilə tez bərpa edə bilmədiyi neft emalı müəssisələrini hədəfə alır.
Beynəlxalq Sülh üzrə Karnegi İnstitutunun analitiki Sergey Vakulenkonun sözlərinə görə, Ukrayna hücumlarının indiki tempi davam edərsə, üstünlük Kiyevin tərəfinə keçəcək.
Nəşr həmçinin bildirir ki, yanacaq qıtlığı qiymət artımını sürətləndirir və inflyasiya təzyiqini gücləndirir. Rusiyanın ən böyük bankı olan "Sberbank"ın rəhbəri German Qref müharibənin tezliklə başa çatmasının ölkə üçün əsas narahatlıq olduğunu deyib.
Məqalədə vurğulanır ki, Ukraynanın uzaqmənzilli zərbələri Rusiyanın iqtisadiyyatına və hərbi imkanlarına təzyiqi artırır. Digər Qərb nəşrləri - "The Sun" və "The Atlantic" də bu hücumların Kremlin mövqelərini zəiflətmək məqsədi daşıdığını yazır.