İyulun 3-də Sabirabadın bəzi kəndlərində qaz təchizatında fasilə olacaq.
 




Moderator.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
 
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:30-dan işlər yekunlaşanadək Sabirabad rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
Rəsmi məlumatda konkret hansı kəndlərdən söhbət getdiyi açıqlanmayıb.