Tailandda 11 yaşlı oğlan atasının avtomobili ilə buddist rahibləri vurub.


“Bangkok Post” qəzetinin xəbərinə görə, hadisə Tailandın şimal-şərqində baş verib.








Belə ki, atasının avtomobilini icazəsiz götürən 11 yaşlı oğlan idarəetməni itirərək, yolda hərəkətdə olan rahiblərə çırpılıb.


Qəza nəticəsində 8 nəfər ölüb, 18 nəfər yaralanıb.


Yaralılardan 13-nün vəziyyəti ağırdır.