Kreml rəhbəri ölkədaxili böhranlardan daha çox Ukraynadakı müharibəyə fokuslanıb


Rusiya prezidenti Vladimir Putin üçün Ukraynaya qarşı müharibə əsas prioritetə çevrilib, ölkə daxilində yaranan yanacaq böhranı və digər problemlər isə arxa plana keçib.






Moderator.az xəbər verir ki, bu barədə "The Atlantic" nəşri yazıb.


Jurnalist Saymon Şuster qeyd edir ki, Ukraynanın Rusiyanın dərinliklərinə pilotsuz uçuş aparatları və raket zərbələrini artırmasından sonra Putin çıxışlarında daha çox cəbhədəki vəziyyətdən danışır, daxili çətinliklərə isə az toxunur.


Müəllif həmçinin Rusiyada keçirilən sorğulara istinad edərək bildirir ki, respondentlərin 81 faizi müharibənin tezliklə başa çatmasını istəyir. Şuster yazır ki, Putini yaxından tanıyan rusiyalı iş adamlarından birinin sözlərinə görə, Kreml rəhbəri iqtisadi mövzulara maraq göstərməsə də, müharibədən danışarkən canlanırdı.


Müəllif hesab edir ki, Putin uzunmüddətli müharibənin Rusiyanın xeyrinə işlədiyinə inanır və buna görə də ağır itkilərə baxmayaraq döyüşləri davam etdirməyə hazırdır. Müəllif sonda qeyd edir ki, Putin yenidən "Novorossiya" adlandırdığı əraziləri ələ keçirmək niyyətini dilə gətirsə də, münaqişənin sülh yolu ilə həlli üçün real plan təqdim etməyib.