ABŞ və Türkiyə CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının aradan qaldırılmasında istəklidir.
Moderator.az xəbər verir ki, bunu "CNN Türk" telekanalının canlı yayımında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"İki ölkə və iki lider bunun (CAATSA sanksiyalarının - red.) ləğvini istəyir. Bunun həyata keçirilməsi üçün edilməli olan proses var. Hazırda Türkiyə və Amerika tərəfinin üzərinə düşən vəzifələrin yerinə ytirilməsi prisesindəyik, bunun qərarı onsuz da verilib", - nazir bildirib.