İndoneziyanın şimal bölgəsində, Molukka dənizi sularında güclü zəlzələ baş verib.
 




Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
 
Bakı vaxtı ilə saat 06:31-də qeydə alınan zəlzələnin episentri Ternate şəhərindən 138 kilometr şimalda olub. Episentrdəki təkanların intensivliyinə görə təbiət hadisəsi "kifayət qədər güclü" kimi qiymətləndirilir.
 
ABŞ Geoloji Xidməti də zəlzələnin gücünü 6.2 maqnituda olaraq müəyyən edib. Qurumun məlumatına görə, yeraltı təkanların ocağı 120.9 km dərinlikdə yerləşib.
 
İtki və dağıntı barədə məlumat verilməyib.