Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Türkiyəyə ixrac edilən qazın həcmi açıqlandı
03 Jul 2026, 12:14 20 baxış 1 dəq oxuma
Fəaliyyətə başladığı tarixdən indiyədək Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə təxminən 86 milyard kubmetr qaz Türkiyəyə ixrac olunub.
Moderator.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən 19 il ötür. Kəmər vasitəsilə Şahdəniz qaz-kondensat yatağından əldə olunan təbii qaz Türkiyə bazarına nəql olunur.