Bu gündən magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat başlayır
03 Jul 2026, 15:15 15 baxış 2 dəq oxuma
Bu gündən ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başlayıb.
Dövlət İmtahan Mərkəzindən Moderator.az-a verilən məlumata görə, qeydiyyat prosesi iyulun 8-i saat 15:00-dək aparılacaq.
Qeydiyyatdan keçən bakalavrlar iyulun 10-dan etibarən DİM-in internet saytına daxil olaraq "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edə biləcəklər.
Yekun balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir: