Bərdə-Ağdam-Xankəndi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az-ın xəbərinə görə, qəza Uzundərə ərazisində qeydə alınıb.








İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.


Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.


Faktla bağlı araşdırma aparılır.