Çin Xalq Respublikasının Haynan ada vilayətinin cənub sahilləri "Maysak" qasırğasının təsirinə məruz qalıb.


Moderator.az xəbər verir ki, bu barədə məlumatı Çin Mərkəzi Televiziyası yayıb.






Təbii fəlakət Linşuy-Li muxtar bölgəsinə ciddi zərər vurub. Qasırğa zamanı küləyin maksimal sürətinin saniyədə 23 metr təşkil etdiyi bildirilir.


Adadan keçdikdən sonra - iyulun 4-də günün ikinci yarısında qasırğa Çinin Quansi-Çjuan muxtar rayonunun sahillərinə çatacaq.


Məlumata görə, "Maysak" 2026-cı il ərzində Çin ərazisində qeydə alınan ilk qasırğadır.