Macarıstan Ukrayna və Moldovanın xarici əlaqələr sahəsində Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların altıncı klasterinin açılmasına razılıq verib.
Moderator.az "Ukrainskaya Pravda"ya istinadən xəbər verir ki, bu barədə Polşanın RMF FM radiosu mənbələrə istinadən məlumat yayıb.
"Bu qərar Macarıstanın mövqeyinin qismən yumşalması deməkdir, lakin problemlərin sonu deyil. Budapeşt qalan klasterlər üzrə prosedurun başlanmasına hələ də razı deyil", - mənbələr qeyd edib.
Danışıqların altıncı klasteri ümumi xarici və təhlükəsizlik siyasətini, ticarət siyasətini, eləcə də üçüncü ölkələrlə münasibətləri əhatə edir.
Əgər prosedurun sonrakı mərhələləri plana uyğun keçərsə, danışıqların altıncı klasterinin rəsmi şəkildə açılışı iyulun 14-də baş tutmalıdır.