Şikayət etmək bəzən faydalıdır, amma...


Hər kəsin zaman-zaman dərdini bölüşməyə ehtiyacı olur. Ağır gün və ya uğursuzluq barədə danışmaq emosional gərginliyi azaltmağa kömək edir. Lakin insan eyni problemlərdən daim şikayət edir, vəziyyəti dəyişmək üçün heç bir addım atmırsa, bu artıq fərqli mənzərə yaradır.






Moderator.az xəbər verir ki, bu barədə "yourtango.com" nəşri yazıb.


Psixologiya üzrə bakalavr dərəcəsinə malik müəllif Mariyelis Reyes  bildirir ki, emosional cəhətdən güclü insanlar diqqətlərini dəyişə biləcəkləri məsələlərə yönəldirlər. Emosional zəif insanlar isə daha çox nəzarətlərində olmayan amillərə fokuslanır və eyni şikayətləri təkrar etməyə meylli olurlar.


Ən çox nədən şikayət edirlər?


Mütəxəssisin sözlərinə görə, emosional zəif insanlar ən çox həyatın ədalətsiz olmasından, başlarına gələn hər şeyə görə başqalarını günahlandırmaqdan,digərlərinin onlardan daha uğurlu olmasından, heç vaxt uğur qazana bilməyəcəklərini düşünməkdən, həyatın həddindən artıq çətin olmasından narazılıq edirlər.


Araşdırmalara görə, daim mənfi məqamlara fokuslanmaq insanın sahib olduqlarını qiymətləndirməsinə mane olur. Halbuki minnətdarlıq hissi beynin mükafat sistemini aktivləşdirərək həm psixi, həm də fiziki sağlamlığa müsbət təsir göstərir.


Daha hansı şikayətlər diqqət çəkir?


Psixoloqun fikrincə, emosional zəif insanlar tez-tez heç kimin onları başa düşmədiyini və dəyər vermədiyini, vaxtlarının çatmadığını, xarici görünüşlərindən narazı olduqlarını, həyatda heç nəyin dəyişmədiyini, şəxsi münasibətlərdəki statuslarından daim narazı olduqlarını da dilə gətirirlər.


Mütəxəssis vurğulayır ki, emosional dayanıqlılıq problemlərin olmaması deyil, onlara münasibəti dəyişə bilmək bacarığıdır. Güclü insanlar çətinlikləri həyatlarının ayrılmaz hissəsi kimi qəbul edir, zəif insanlar isə uzun müddət eyni narazılıqların içində qalaraq şəxsi inkişaf imkanlarını məhdudlaşdırırlar.