Futbol üzrə dünya çempionatında Kolumbiya Qananı məğlub edib.


Moderator.az-ın məlumatına görə, Kanzas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.






14-cü dəqiqədə Con Arias fərqlənib.


Bu nəticənin ardından 1/16 final mərhələsinin oyunlarına yekun vurulub. 1/8 finala yüksəlməyi bacaran Kolumbiyanın rəqibi İsveçrə olacaq.