Dronlar Sankt-Peterburqdakı neft terminalına hücum edib. 
 




Moderator.az "Korrespondent" nəşrinə istinadla xəbər verir ki, "OSINT" qrupları 4 iyul şənbə günü səhər telegram-da yanğın baş verdiyini bildiriblər.
 
Rusiyanın Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko hücumu təsdiqləyib. O bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri guya "düşmənin bir neçə onlarla PUA-sını" vurub.

Lakin rəsmi şəxs "Vısotsk limanı yaxınlığında düşən qırıntıların aşkarlandığını" etiraf edib.
 
O, əlavə edib ki, regiondakı vəziyyət mobil internet sürətinin azalmasına da səbəb ola bilər.
 
Dərc olunduğu vaxt Rusiya hakimiyyəti zərərin və ya itkilərin miqdarı barədə heç bir rəsmi məlumat yaymayıb.
 

Bundan əlavə, "UNİAN"-ln yaydığı məlumata görə,  4 iyul gecəsi Rusiyanın digər bölgələrindən və işğal olunmuş ərazilərdən partlayışlar barədə məlumat verilib.


Luqanskda Kambrod yaxınlığında partlayışlar və ikinci dərəcəli partlayış (ehtimal ki, sursat) qeydə alınıb. Çuvaşiyada da hava hücumu sirenləri səsləndirilib və yerli sakinlər tərəfindən paylaşılan videolarda "Flamingo" raketlərinin başlarının üstündən uçduğunu görmək mümkündür.


İşğal olunmuş Krımda "NASA FIRMS" peyk xidməti Cankoy yaxınlığında və Kerçdəki bərə terminalı da daxil olmaqla bir neçə yerdə istilik anomaliyalarını (yanğınları) qeydə alıb.





S.Laçın