Sumqayıtda 20 yaşlı qadın dənizdə boğulub.
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Sahil küçəsində yerləşən çimərlikdə baş verib.
Məlumata görə, şəhər sakini 2006-cı il təvəllüdlü M.İsmayılovanın meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.