Bakıda 60 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.


Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib.






Hacıqabul rayon sakini, 1966-cı il təvəllüdlü Gülhəsən Vahubov qəsəbə ərazisindəki həyətlərdən birində iş görərkən başına dəmir parçası düşüb.


Ağır kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilən G.Vahubov orada ölüb.