ABŞ prezidentinin yaxın çevrəsi danışıqlar üçün səfərə hazırdır, lakin bunu yalnız real irəliləyiş olacağı halda edəcək.


ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner Rusiya və Ukraynaya səfər etməyə hazırdır.






Moderator.az xəbər verir ki, bu barədə "The "New York Times" nəşri yazıb.


Nəşr yazır ki, onlar yalnız danışıqlar üçün konkret gündəm formalaşacağı halda yola düşəcəklər və "sadəcə fotosessiya üçün" səfər etməyəcəklər.


Nəşrin məlumatına görə, həm Moskva, həm də Kiyev Uitkoff və Kuşneri Ağ Evə birbaşa çıxışı olan mühüm vasitəçilər hesab edir. Mənbələr bildirirlər ki, Kreml xüsusilə Uitkoffu Vladimir Putinin ABŞ ilə bağlı əsas məqsədlərinə çatması üçün vacib əlaqə kanalı kimi qiymətləndirir.


Məqalədə qeyd olunur ki, Rusiya rəsmiləri Uitkoff və Kuşnerin yenidən danışıqlara qoşulmasını istəyirlər. Bununla yanaşı, onlar səfərlərin nizamsız keçirilməsindən narazıdır və daha sistemli diplomatik prosesin başlanmasının tərəfdarıdırlar.


Ukrayna prezidenti Vladimir Zelenski isə ABŞ nümayəndələrinin indiyədək Ukraynaya səfər etməməsindən məyus olduğunu bildirib. Mənbələrin sözlərinə görə, Uitkoff və Kuşner hər iki tərəflə demək olar ki, hər gün əlaqə saxlayır və zərurət yaranacağı halda yenidən Moskva və Kiyevə səfər etməyə hazırdırlar.