Donald Trampın sərvəti və gəlirləri prezidentlər arasında görünməmiş həddə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
Nəşr yazır ki, ABŞ prezidenti Donald Trampın 2025-ci ildə əldə etdiyi gəlirlər ölkə tarixində vəzifədə olan prezidentlər arasında misilsiz hesab olunur.
Nəşrin məlumatına görə, Trampın ötən ilki gəliri 2,2 milyard dolları, bəyan etdiyi ümumi sərvəti isə 2,4 milyard dolları ötüb. "Forbes" isə onun ümumi aktivlərini təxminən 6,5 milyard dollar qiymətləndirir.
Bildirilir ki, gəlirlərin əsas hissəsi kriptovalyuta layihələrindən əldə olunub. Trampın oğullarının rəhbərlik etdiyi "World Liberty Financial" şirkəti və $TRUMP adlı rəqəmsal valyuta bu gəlirlərdə mühüm paya malikdir.
Məqalədə qeyd olunur ki, bəzi ekspertlər prezidentin kriptovalyuta biznesi ilə məşğul olmasının maraqlar toqquşması yarada biləcəyini düşünürlər.
Ağ Ev isə bu iddiaları rədd edərək, Tramp və ailəsinin heç bir maraq konfliktinin olmadığını bəyan edib. Nəşr xatırladır ki, əvvəlki ABŞ prezidentlərinin əksəriyyəti vəzifəyə başlamazdan əvvəl biznes aktivlərini idarəetmədən kənarlaşdırsa da, Tramp bunu etməyib.