Bu ilin yanvar-may aylarında Azərbaycandan 117,5 milyon ABŞ dolları məbləğində 34,2 min ton alüminium ixrac edilib.
Moderator.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər baxımından 44.6% çoxdur.
Hesabat dövründə alüminium ixracı ölkənin ümumi ixracının 0.84%-ni təşkil edib.