Floridada çimərlikdə bədbəxt hadisə: İldırım vuran dörd nəfərdən biri ölüb - FOTO
04 Jul 2026, 17:15 29 baxış 1 dəq oxuma
Amerika Birləşmiş Ştatlarının Florida ştatındakı çimərliklərin birində ildırım vurması nəticəsində bir nəfər ölüb.
Moderator.az xəbər verir ki, bu barədə şerif Karmin Marsenonun ofisi "X" sosial platformasında rəsmi açıqlama yayıb.
Fort-Mayers çimərliyində baş verən bədbəxt hadisəyə dair yayılan bəyanatda qeyd edilir:
"İnsident zamanı dörd nəfər xəsarət alıb, onlardan ən azı üçü bölgədəki xəstəxanalara yerləşdirilib... Zərərçəkənlərdən biri həyati təhlükəsi olan ağır yaralar alaraq həyatını itirib".
Bildirilir ki, hazırda hüquq-mühafizə orqanları və təcili tibbi yardım xidmətləri baş vermiş bu faciənin təfərrüatını araşdırır.