Təcrübəli sənətkar bu illər ərzində üzləşdiyi çətinliklərdən və yaxşı dərzi olmağın incəliklərindən bəhs edib.
"Gözümü açandan anamı bu maşının arxasında görmüşəm. Özüm isə dərziliyə 15 yaşımda başlamışam. Gərək bu sənəti öyrənmək üçün inadkar olasan. Zəhmətim sayəsində bir çox sənətkarları üstələdim. 10 dəfə paxıllıq etdiklərinə görə yerimi dağıtdılar. Müdirlərdən tutmuş şagirdlərə qədər məni arxadan vuranların hamısının adları bu gün də yadımdadır", - deyə Rasim usta bildirib.