Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb.
 




Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.
 
Belə ki, 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənov Həkəri çayında çimərkən boğulub.
 
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.