2026-cı il futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin ilk oyununda Kanada və Mərakeş milliləri üz-üzə gəliblər.
 




Moderator.az xəbər verir ki, ABŞ-nin Hyuston şəhərində yerləşən "NRG Stadium"da keçirilən görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edib. Qarşılaşma Mərakeş millisinin 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Oyunda hesabı 50-ci dəqiqədə Mərakeş millisinin yarımmüdafiəçisi Əzzəddin Unahi açıb. O, 82-ci dəqiqədə ikinci qolunu vuraraq dubl edib. Qarşılaşmanın yekun nəticəsini isə 90+8-ci dəqiqədə hücumçu Sufyan Rahimi müəyyənləşdirib.
 
Qeyd edək ki, oyunun 22-ci dəqiqəsində Mərakeş millisinin yarımmüdafiəçisi İsmayıl Saybari zədə səbəbindən əvəzlənib.
 
Mərakeş millisi 1/4 finalda Paraqvay - Fransa cütünün qalibi ilə qarşılaşacaq.