ABŞ-nin Müstəqilliyinin 250 illiyi münasibətilə keçirilən atəşfəşanlıq zamanı Nyu-Yorkdakı Bruklin körpüsündə kiçik yanğın baş verib.
Moderator.az xəbər verir ki, bu barədə "New York Post" (NYP) qəzeti məlumat yayıb.
Bildirilib ki, yanğın atəşfəşanlığın buraxıldığı körpü hissəsində qeydə alınıb.
Nəşrin məlumatına görə, alov təxminən bir dəqiqə ərzində söndürülüb. Hazırda hadisənin vurduğu ziyanın həcmi qiymətləndirilir.
İnsident nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.
Dünya
Nyu-Yorkda Bruklin körpüsündə bayram atəşfəşanlığı zamanı yanğın baş verib
Mənbə:
moderator.az