İranın Ermənistandakı səfirliyi ABŞ Prezidenti Donald Trampa müraciət ünvanlayıb.
 




Moderator.az xəbər verir ki, səfirliyin müraciəti "X" sosial şəbəkə hesabında paylaşılıb.
 
"Siz Ayətullah Xameneiyə (Əli Xamenei) sui-qəsd etdiniz, insanları öldürmək olar, amma idealları yox", - sözləri qeyd olunan müraciətdə Trampın "Axios"a müsahibə zamanı səsləndirdiyi hədələr qınanıb.
 
Xatırladaq ki, Tramp iyulun 4-də İranın mərhum Ali rəhbəri Əli Xameneinin dəfn mərasimi ilə bağlı danışıqlara bir həftəlik fasilə verildiyini açıqlayıb.
 
Onun sözlərinə görə, bu müddət ərzində tərəflərin heç biri digərinə atəş açmayacaq: "Onların hamısı oradadır. Bir atəş və hamısını öldürə bilərik, lakin biz bunu etmək fikrində deyilik, çünki o zaman danışıqlar aparmağa heç kimimiz qalmayacaq".