Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
 




Moderator.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin məlumatında deyilir. 
 
Görüş Yekaterinburqda keçirilən "İnnoprom" beynəlxalq sənaye sərgisi çərçivəsində keçiriləcək.
 
Tədbirdə AİB ölkələrinin hökumət başçıları da iştirak edəcəklər. Mişustin Belarus və Qırğızıstanın baş nazirləri Aleksandr Turçin və Adilbek Kasımalıyevlə ayrıca görüşməyi planlaşdırır.