Qazax rayonu, Aslanlı kəndində taxıl sahəsində yanğın baş verib.
 




Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.



 
Yanğınsöndürənlərin çevik müdaxiləsi yanğın ətraf ərazilərə yayılmasına, o cümlədən yaxınlıqda yerləşən fermaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində 1 ha sahədə biçilməmiş, 7 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.
 
Biçilməmiş taxıl sahələri, o cümlədən yaxınlıqda yerləşən ferma yanğından mühafizə olunub.