Ermənistanın Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfər edib.
 




Moderator.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
 
Bildirilir ki, Paşinyan Yekaterinburqda keçirilən "İnnoprom-2026" beynəlxalq sənaye sərgisi çərçivəsində keçiriləcək "Sənaye 360. Sərhədsiz istehsal" mövzusunda plenar iclasda iştirak edəcək.
 
Nikol Paşinyanın Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinlə də görüşü planlaşdırılır.