Çiçəklənən Ermənistan Partiyasının rəhbəri, iş adamı Qaqik Tsarukyanın mənzilində axtarışlar həyata keçirilir.
Moderator.az xəbər verir ki, bu barədə Qaqik Tsarukyanın sözçüsü İveta Tonoyan sosial şəbəkə hesabında yazıb.
Tsarukyanın vəkillərinin mənzilə daxil olmasına icazə verilmir. İlkin məlumata görə, partiya liderinə məxsus obyektlərdə də yoxlamalar aparılır.
Ermənistan İstintaq Komitəsindən bildirilib ki, cinayət işi çərçivəsində zəruri istintaq və prosessual fəaliyyətlər icra edilir. Qurum tərəfindən daha sonra məsələ ilə bağlı rəsmi məlumat veriləcəyi qeyd olunub.