Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununa bu gün çıxacaq.
Moderator.az xəbər verir ki, "ağ-qaralar" Serbiya təmsilçisi "Partizan"la üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda ilk yoxlama oyununda Rumıniyanın "ÇFR Kluj" kollektivinə uduzub - 1:2.
Qeyd edək ki, “ağ-qaralar” hazırlıq prosesi çərçivəsində iyulun 10-da Serbiyanın “Radniçki Niş”, iyulun 13-də isə Xorvatiyanın “Osiyek” komandaları ilə də yoxlama oyunları keçirəcək.