Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.


Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.






Bildirilib ki, güclü külək səbəbindən qeyd olunan günlərdə dənizə girmək təhlükəlidir.


FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağıraraq, qaydalara laqeyd yanaşmanın insan həyatı üçün ciddi təhlükə yaratdığını vurğulayıb.


Bildirilib ki, təhlükə ilə üzləşən şəxslər dərhal 112 qaynar xəttinə zəng etməlidirlər.