Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, bina 29, D massivi ünvanında diametri 110 mm olan içməli su xəttində qəza baş verib.
Moderator.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verirlib.
Qəza barədə məlumat rayon sukanal idarəsinə daxil olan kimi əməkdaşlar əraziyə cəlb olunublar və qəza dərhal aradan qaldırılıb.
Görülən işlər zamanı su təminatında fasilə yaranmayıb.