ABŞ Prezidenti Donald Tramp DÇ-2026-da Birləşmiş Ştatlar millisinin hücumçusu Folarin Baloqanın diskvalifikasiyasının ləğv edilməsi üçün FIFA-ya şəxsən müraciət etdiyini təsdiqləyib.


Moderator.az bu barədə Sport24.ru-ya istinadən xəbər verir.






"Mən epizoda yenidən baxılmasını xahiş etdim, çünki orada qayda pozuntusu olduğunu hesab etmirəm. Həmin epizodda nəyə görə qırmızı vərəqə verildiyini anlamıram", - deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.


Qeyd edək ki, FIFA-nın İntizam Komitəsi Baloqanın diskvalifikasiyasını şərti olaraq dayandırıb və ona DÇ-2026-nın 1/8 final mərhələsində Belçikaya qarşı keçiriləcək oyunda iştirak etməyə icazə verib.