2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.


Moderator.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Portuqaliya və İspaniya milliləri üz-üzə gəlirlər. 






Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb. 


Matçın ilk hissəsində hesab açılmayıb.


Gərgin keçən ikinci hissədə qol 90+1-ci dəqiqədə vurulub. Mikel Merino İspaniyanı önə keçirən qola imza atıb.


Portuqalların hesabı bərabərləşdirmə cəhdi bir nəticə verməyib və matç "qırmızı furya"nın 1:0 hesablı qələbəsiylə başa çatıb. 


İspaniya adını 1/4 final mərhələsinə yazdırıb, Portuqaliya üçün isə mundial başa çatıb. 


Qeyd edək ki, İspaniya 1/4 finalda Belçika - ABŞ cütünün qalibi ilə qarşılaşacaq.


DÇ-2026

1/8 final

6 iyul

23:00. Portuqaliya – İspaniya 0:1


Qol: M. Merino, 90+1


Portuqaliya: Kosta, Kanselu, Dias, Veyqa, Mendes, Neves, Vitinya, Neto, Bruno Fernandeş, Joao Feliks, Ronaldo


İspaniya: Unay Simon, Kukurelya, Laport, Kubarsi, Porro, Rodri, Pedri, Baena, Olmo, Lamin Yamal, Oyarzabal.