Bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində təmsilçimiz "Sabah" klubu Uelsin TNS komandası ilə qarşılaşır.
 




Moderator.az xəbər verir ki, Masazırda yerləşən "Bank Respublika Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
 
Cavab oyunu isə iyulun 14-də Osvestri şəhərindəki "Park Hall" stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
 
Qeyd edək ki, bu, "Sabah"ın tarixində UEFA Çempionlar Liqasında keçirəcəyi ilk oyun olacaq.