Futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin son oyunları keçiriləcək.


Moderator.az xəbər verir ki, bu mərhələnin son oyun günündə Argentina millisi Misir yığması ilə, İsveçrə seçməsi isə Kolumbiya komandası ilə üz-üzə gələcək.






Dünya çempionatı


1/8 final


7 iyul


20:00. Argentina - Misir.


8 iyul


00:00. İsveçrə - Kolumbiya.


Bu oyunlardan sonra mundialın 1/4 final mərhələsinin bütün cütlükləri müəyyənləşəcək.
 
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnirə ev sahibliyi edən hər üç ölkə artıq mübarizəni dayandırıb. ABŞ millisi 1/8 finalda Belçikaya 1:4 hesabı ilə uduzaraq mundialla vidalaşıb.