İyunda 191 mindən çox şəxsə ailə başçısını itirməyə görə pensiya və müavinət ödənilib
07 Jul 2026, 11:00 43 baxış 1 dəq oxuma
Bu ilin iyun ayında ailə başçısını itirməyə görə 191 min 624 nəfərə pensiya və müavinət ödənilib.
Moderator.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin iyun ayında ailə başçısını itirməyə görə ödəniş alanlardan 139 min 182 nəfəri pensiya, 52 min 442 nəfəri isə müavinət alıb.