Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərində qaz kəsiləcək.
 




Moderator.az xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.
 
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün işlər yekunlaşanadək Sumqayıt şəhərinin 52-ci məhəlləsinin və Ceyranbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.