Ukrayna Prezidenti Volodimir Zelenski və Niderlandın Baş naziri Rob Yetten dronlar sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.


Moderator.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, sənədin imzalanma mərasimi NATO-nun Ankarada keçirilən sammitinin kuluarlarında təşkil olunan müdafiə forumu çərçivəsində baş tutub.






"Komandalarımızın Drone Deal-i hazırlamasına çox şadıq", - Zelenski bildirib.


Daha əvvəl Ukrayna Estoniya ilə dronlar sahəsində əməkdaşlıq haqqında saziş imzalamışdı.