İspaniyanın "Valensiya" klubu yaponiyalı yarımmüdafiəçi Ryunosuke Sato ilə müqavilə imzalayıb.
Moderator.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı oyunçu ilə müqavilənin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub.
O, "Tokio" klubunun akademiyasının yetirməsidir.
Futbolçu 2023-cü ildə, 16 yaşında əsas komandada debüt edərək klub tarixinə ən gənc futbolçu kimi düşüb. 2025-ci ilin iyununda isə Sato ilk dəfə Yaponiya yığmasında çıxış edib.
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm icarə əsasında "Faciano Okayama" klubunda çıxış edib. O, bütün turnirlərdə 19 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.